Tur operator işini öyrənmək şansı - "Meridian Travel"-də

Müsabiqəni keçən şəxs ilə 3 aylıq əmək müqaviləsi imzalanacaq
Xəbərlər 30 Iyun 2015 00:00 1869
Tur operator işini öyrənmək şansı - "Meridian Travel"-də

 "Meridian Travel" turizm şirkəti Azərbaycan Turizm İnstitutunun tələbələrininə tur operator işini öyrənmək üçün təcrübə keçmək şansı təklif edir. Şirkətdən seyyah.az-a verilən məlumata görə, tur operator işinin incəliklərini öyrənmək və bu işdə təcrubə qazanmaq istəyənlər muraciət edə bilər. 

Müsabiqəni keçən şəxs ilə 3 aylıq əmək müqaviləsi imzalanacaq. Aylıq əmək haqqı 200 - 300 manat (3 ayliq müqavilə bitdikdən sonra daimi əmək müqaviləsi imzalanma ehtimalı var).

Namizədə tələblər

Müraciət edecək şəxs Azərbaycan Turizm İnstitutunun tələbəsi olmalı
-Yalnız xanımlar
- Dünya coğrafiyası bilikləri 
- Word və Excel kompyuter proqramları bilikləri 
Adobe Photoshop proqramında işləmə bacarığı
- İnternetdən aktiv istifadə etmək, sürətli axtarış və s. 
- məsuliyyətli, kreativ, ünsiyyətcil və işinə qarşı həvəsli 
- Komandada işləmək qabiliyyəti 
- Azərbaycan, rus və ingilis dili bilikləri

İş qrafiki: Həftə içi: 10:00-19:00, Şənbə günü: 11:00-16:00, Bazar günü: istirahət günü

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini info@meridiantravel.az elektron ünvanına göndərə bilərlər. Göstərilən tələblərə cavab verməyən namizədlər müsahibəyə çağrılmayacaqdır. 
Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Tur operator praktikant) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.

OXŞAR XƏBƏRLƏR