Şirniyyat festivalı keçiriləcək - Şəkidə

Festivalda Azərbaycanın 25 bölgəsinin şirniyyatları təqdim ediəcək
Xəbərlər 1 Iyul 2015 00:00 1172
Şirniyyat festivalı keçiriləcək - Şəkidə

Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə iyulun 20-də Şəkidə ikinci beynəlxalq ənənəvi şirniyyat festivalı keçiriləcək.

AMKA-nın prezidenti, UNESCO-nun ənənəvi qida komitəsinin sədri Tahir Əmiraslanov Azərtac-a bildirib ki, festivalda Azərbaycanın 25 bölgəsinin, eləcə də Türkiyə, Yunanıstan, Rumıniya, Moldova, Rusiya, Qazaxıstan, Özbəkistan, Serbiya, Koreya Respublikası və digər ölkələrin kulinarları milli şirniyyatlarını təqdim edəcəklər.

OXŞAR XƏBƏRLƏR