Bakı-Rodos-Bakı aviareysi ləğv edilib. Seyyah.az-ın “Trend”ə istinadən yaydığı məlumata görə, Yunanıstanın Rodos adasına reysin ləğv edilməsi barədə qərar yerli aviaşirkət tərəfindən verilib. Buna səbəb Yunanıstana vizanın əldə edilməsi ilə bağlı yeni qaydalar, bu ölkənin bank sistemindəki böhranlı vəziyyət, eləcə də bu istiqamət üzrə tələbatın aşağı olmasıdır.