Mədəniyyət və Turizm Nazirliyi iyun ayı ərzində bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verib.
Nazirlikdən seyyah.az-a bildiriblər ki, "Luxe Travel", "Kroun LTD", "Travel Club" və "Sky Star Travel Company" MMC-lər turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.
Beləliklə, respublika ərazisində xüsusi razılıq əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 285-ə çatıb.