«Caspian Sea Resort» otel və istirahət mərkəzi Ramazan bayramı günləri ilə bağlı aksiyaya başlayıb. Oteldən seyyah.az-a verilən məlumata görə, bayram günlərində- 17,18,19,20 iyul tarixlərində oteldə 4 gün 3 gecə qalmaq bir nəfər üçün 360 manata başa gələcək.
Bu qiymətə gündə üç dəfə yemək (İsveç masası), canlı musiqi, hovuz kənarında bayram ziyafəti, animatorlar, viktorinalar, hədiyyələr, diskoteka, hovuz, çimərlik və müxtəlif əyləncələrdən istifadə daxildir.