Xarici ölkələrdə bunları etməyin!- Məsləhətlər

Seyyah.az bəzi ölkələrdə olan qəribə qanunları, adətləri təqdim edir
Xəbərlər 4 Iyul 2015 00:00 1562
Xarici ölkələrdə bunları etməyin!- Məsləhətlər

Xarici ölkələrə səfər edənlər yaxşı olardı ki, getdiyi ölkə haqda məlumatlı olsun. çünki, hər bir ölkənin özünəməxsus adət-ənənəsi və qayda-qanunları var. Bu ölkələrin sərhədləri çərçivəsində olarkən təkcə onların dövlət qanunlarına deyil, həm də məişət qanunlarına riayət etmək daha məqsədəuyğun olar. 

 

Seyyah.az bəzi ölkələrdə olan qəribə qanunları, adətləri təqdim edir:

 

Fransa – burada pul haqqında danışmamağınız tövsiyə olunur. Gözləməyin ki, yerli əhali sizlə ingiliscə danışacaq. Fransada xarici dilləri öyrənmək prioritet hesab olunmadığından yerli əhalinin əksər hissəsi xarici dilləri bilmir.

 

Cili – heç nəyi əlinizlə yeməyin. Çilidə buna çox önəm verirlər.

 

Xorvatiya – baş, işarət və orta barmaqlarınızla 3 rəqəmini göstərmək məsləhət deyil. Çünki belə olduğu halda xorvatlar sizi serb zənn edə bilər.

 

Sinqapur – Sinqapurun qadağaları çoxsaylı və özünəməxsusdur. Sinqapurda quşlara yem atmaq, yerə tüpürmək, ictimai nəqliyyatda nəsə yemək qadağandır.

 

Hindistan – ictimai yerlərdə öpüşməyin. Sizi buna görə həbsxanaya belə ata bilərlər. Qarşı cinslə heç bir fiziki təmasa girmək olmaz. Qucaqlaşmaq, əl-ələ tutmaq istəyirsinizsə, Hindistana getməyin.

 

Yaponiya – bu ölkədə “çaypulu” qoymaq hörmətsizlik kimi qəbul edilir. Salamlaşarkən qucaqlaşmayın, yaponlar bunu sevmir. Eskalatorun düzgün tərəfində dayanın. Yapon xalqı qayda pozanları da xoşlamır.

 

Meksika – burada özünüzü dominant aparmayın. Meksikalılar qonaqları sevsə də, o qədər də səbirli xalq deyillər. Meksikaya getmək qərarına gəlmisinizsə, bunu da bilməlisiniz ki, meksikalılar zarafat etməyi çox xoşlayır və zarafatda sərhəd tanımırlar.

 

Yeni Zelandiya – burada kivi ilə ozzini (kiviyə bənzər meyvə) səhv salmayın, ayaqyalın gəzən adamlara təəccüblə baxmayın. Ən əsası isə Britaniya şahzadəsi və reqbi idman növü haqda zarafat etməyin.

 

Türkiyə – barmaqlarınızla “okey” işarəsi göstərməyin. Bu işarə Türkiyədə təhqir kimi qəbul olunur.

 

Böyük Britaniya – növbə mədəniyyətini gözləyin. Sıranı pozsanız, çox böyük ictimai qınağa səbəb ola bilərsiniz. Yerli sakinlərdən nə qədər qazandıqlarını soruşmayın. Bu, böyük kobudluq hesab olunur.

 

Almaniya – nasist salamı verməyin, sizi buna görə həbs edə bilərlər. Çalışın, III Reyxdən və Adolf Hitlerdən danışmayasınız. Həddindən artıq dostcanlı davranmayın. Almanlar yeni tanışlıqlara o qədər də tez öyrəşmirlər.

 

Keniya – din haqda mənfi heç nə danışmayın. Keniyada yerli əhalinin əksəriyyəti qatı dindardır. Səbirli olun və gecikmələrə görə heç kimə etiraz etməyin. Keniyada heç nə planlaşdırıldığı vaxtda baş vermir.

 

OXŞAR XƏBƏRLƏR