Bakıda daha bir müasir istirahət və əyləncə mərkəzi - “Mambo Beach Club and Restaurant” istifadəyə verildi. Seyyah.az xəbər verir ki, “Mambo Beach Club and Restaurant” Şıx çimərliyində C-Group şirkətinin nəzdnində qapılarını açıb.
C-group Hotels and Resorts şirkəti 2002-ci ildən bəri Azərbaycanda turizmin müxtəlif sahələrində xidmət göstərir və hal hazırda Ramada Bakı, Ramada Gəncə, Shah Palace, Sheki Palace otellərini, ayrıca Ramada Manqal, Xanədan və İstanbul Meyhanesi restoranlarını idarə edir.
“Mambo Beach Club and Restaurant”da istirahət və əyləncə tam fəqli təşkil olunmuşdur. MAMBOnun ümumi sahəsi 20 min kvadratmetrdir. Ayrıca 240 avtomobil üçün avto dayanacaq mövcuddur.
2000 nəfərə qədər ayaqda və ya 850 nəfərin oturacaqlı şəkildə tutumluğu olan hər növ tədbirlərin təşkil oluna biləcəyi bir məkandır.
Bu tədbirlər üçün bütün lazımı infrastruktur, peşəkar işıq və səs sistemləri, eləcə də 800 m2 açıq havada rəqs meydançası mövcuddur. Bu isə yay ərzində müxtəlif növ tədbirlər, musiqi festivalları və ən əsası dünyaca məşhur musiqiçilərin konsertlərini təşkil etməyə şərait yaradır. Həmçinin, Mambonun səs sistemi, yüksək keyfiyyətli səs sistemləri və elektronika sahəsində dünyada lider olan “dB Tech Sound Systems” tərəfində işlənib hazırlanmışdır. Mambonun mikrofon cihazları “Sennheiser Proline Microphones” və gecə şou və tədbirlərində ən yaxşı əyləncə ab-havası üçün “Martin Prolights and Lights Effects Systems” ilə təchiz olunmuşdur.
Mambo hər gün saat 10.00-dan gecə 02.00-a dək qonaqlara xidmət göstərəcəkdir. Həftə içi Mambo-ya giriş haqqı 25 AZN, həftə sonları isə 30 AZN təşkil edir.
Gün içi istirahətinizi mənalı təşkili üçün animasiya qrupları hovuz ətrafında və çimərlikdə əyləncələr təşkil edərək gününüzü daha rəngarəng edəcəkdir.
Hər gecə Mamboda Leyla Məmmədova ilə Summer Jazz Nights və Latino Boys qrupunun ifası olacaqdır. Həmçinin Mamboda həftə sonları dünya şöhrətli ulduzların ifası olacaqdır.
Mambonun Manqal restoranında Türk və Azərbaycan mətbəxinin nümunələri ilə Fransa və İtaliyanın möhtəşəm Aralıq dənizinin mətbəxi təqdim olunacaqdır.
Dünya sushi yarışmasının qalibi şef İlkay usta tərəfindən hazırlanan özəl Sushi mətbəxi də Mamboda mövcuddur.
Beynəlxalq standartlara uyğun olan bu layihə Bakının turizm potensialını artırmaq və şəhərimizə gələn qonaqların istirahətini mənalı təşkil etmək baxımından da mühüm əhəmiyyət daşıyır.
Mamboda görüşmək ümidi ilə…!
Mambonun yay üçün tədbirlər proqramı :
18.07.2015 - Fly Project
25.07.2015 – Nicola Fasano
31.07.2015 – Gunel Behbudova Fashion Night
01.08.2015 – Nikita
08.08.2015 – Low Deep T
14. 08.2015 - Mikhail Shufutinsky
22.08.2015 - Shpilki
Əlaqələr:
Ülviyyə Qəhrəmanlı – PR manager of Mambo
+99 455 455 0522 --- u.gahramanli@c-group.az
Sübhan Əliyev – Art manager of Mambo
+99 455 455 0516 --- s.aliyev@c-group.az