Novxanıda daha bir çimərlik açılır- «My Beach Novkani»da qiymətlər

Çimərliyə giriş 10 manat olacaq
Xəbərlər 8 Iyul 2015 00:00 33590
Novxanıda daha bir çimərlik açılır- «My Beach Novkani»da qiymətlər

İyulun 11-də saat 21.00-da Novxanı çimərliyində «My Beach Novkani» -nın açılışı olacaq. Seyyah.az xəbər verir ki, çimərliyin açılış mərasimində qonaqlara Andrey Exx və Dj Twistin çıxışları ilə əyləncəli gecə vəd edilir.

 

Gecəyə qatılmaq pullu olacaq. Bunun üçün qiymətlər ayaqüstü və stol sfarişinə görə 30 və 50 manatdır. Ümumiyyətlə isə, digər günlərdə çimərliyə giriş 10 manat olacaq. Əlavə ödənişlə dəniz kənarı hovuzda qonaqlara özəl hazırlanmış sərinləşdirici içkilər və yemək menyusu təklif ediləcək.

 

“My Beach Novkhani”da ailəvi istirahət mümkündür. Bu məqsədlə çimərlikdə uşaqlar üçün əyləncə parkı da fəaliyyət göstərir. Belə ki, valideynlər istirahət edərkən övladları peşəkar kollektivin nəzarətinə verə bilərlər.

 https://www.facebook.com/miamibeach.az 

 

 

OXŞAR XƏBƏRLƏR