Naftalan Müalicə və Saglamlıq Mərkəzindən- Yay endirimləri

Xəbərlər 8 Iyul 2015 00:00 3611
Naftalan Müalicə və Saglamlıq Mərkəzindən- Yay endirimləri


Naftalan Müalicə və Saglamlıq Mərkəzi
 yay endirimlərinə başlayıb. Mərkəzdən seyyah.az-a verilən məlumata görə, indi 30 manat ödəməklə istirahət etmək olar. Bu qiymətə gündə 3 dəfə yemək, parafin, masaj, vanna, həkim müayinəsi və analizlər, müalicələr və otaqda 1 nəfərlik yer daxildir.

 

Məlumatda bildirilir ki, mərkəzdə qiymətlər may - avqust aylarında 30-60, sentyabr – aprel aylarında isə 27-50 manat arasında dəyişir. Bakıdan 350 km məsafədə yerləşən Naftalan Müalicə Mərkəzi 4 korpusdan, idman zalı, poliklinika, yeməkxana, 3 müalicə-prosedur mərkəzi və 3 korpusda vanna qəbulu bölmələridən ibarətdir.

STANDART- 54 otaq 111 yer,

Yarı LUX - 39 otaq 70 yer,

LUX- 31 otaq, 53 yer

VIP -24 otaq 48 yer olmaqla ümumi 282 qonagı eyni vaxtda qəbul edib müalicəsini həyata keçirə biləcək imkandadı.

Bütün otaqların qiymətinə 3 dəfə yemək, naftalan vannası, yodlu-bromlu vanna, həkim müayinəsi və analizlər, bütün fizioprosedurlar, massaj, parafin, inqalyasiya, müalicələr daxildir.

Mərkəzdə internet üçün ayrılmış kompyüterlər, Wi-Fi, idman zalı və bilyard pulsuzdu.

Mərkəzdə 1 nəfərlik otaq - növündən aslı olaraq - 30-60 manat

2, 3 və 4 nəfərlik otaqlar - 1 nəfər üçün 30, 40, 50 və 60 manatdır

Əlaqə üçün bu nömrələrə zəng etmək olar : +994506493141 və +994706493141

 

OXŞAR XƏBƏRLƏR