"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu ilin sentyabrından tərəfdaşları ilə birlikdə Şarm əş-Şeyx kurort şəhərinə reys açacaq. Seyyah.az xəbər verir ki, bu haqda şirkətdən trend-ə verilən açıqlamada bildirilib. Məlumatda qeyd edilir ki, dünyanın daha populyar kurortlarına aviauçuşlar və 5 ulduzlu hoteldə yerləşmənin daxil olduğu turpaketlərin qiyməti xüsusi aksiyalarda 499 manat təşkil edir: "Hazırda turistlərimiz yüksək sinifli hotellərdə yerləşməklə olduqca rəqabətli qiymətlərlə Dubay şəhərində istirahət imkanına malikdirlər".