"WizzAir"in Bakıya reysləri bərpa ediləcək

"Fly Emirates" şirkəti isə BƏƏ-yə uçuşlar həyata keçirəcək
Xəbərlər 12 Iyul 2015 00:00 1336
"WizzAir"in Bakıya reysləri bərpa ediləcək

Macarıstanın "WizzAir" aviaşirkəti Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə reysləri tezliklə bərpa edəcək.

Bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, bu istiqamətdə proses gedir: "Aviaşirkətin reysləri tezliklə bərpa ediləcək. Bundan başqa, "Qatar Airways" şirkəti Azərbaycana reyslər həyata keçirir, "Fly Emirates" şirkəti ilə müqavilə imzalanıb, o, BƏƏ-yə uçuşlar həyata keçirəcək".

Trend

OXŞAR XƏBƏRLƏR