«Resort Hotel Cannat Bağı» ında 4 nəfərlik koteclərdə endirim- 3 dəfə qidalanma ilə bir gecə 40 AZN
Şəkidəki «Resort Hotel Cannat Bağı» oteli kollektiv istirahət üçün 4 nəfərlik koteclərdə endirimlər elan edib. Otelin satış və marketinq xidmətindənSeyyah.az-a verilən məlumata görə,indi həmin koteclərdə bir nəfərin qalması, gündə üç dəfə qidalanma da daxil olmaqla 40 manata başa gələcək.
«Resort Hotel Cannat Bağı» böyük Qafqaz daglarının ətəyində yerləşir. Burada 19 ailəvi kottec var. Ümumilikdə, qonaqların yerləşdirilməsi üçün 85 çarpayı mövcuddur. Əlavə çarpayılarla oteldə 90 nəfərin yerləşdirilməsi mümkündür. Oteldə müştərilərin istifadəsi üçün 100 nəfərlik restoran fəaliyyət göstərir. Restoranda, təbii məhsullardan hazırlanan Azərbaycan mətbəxi, xüsusilə də Şəki yeməkləri təklif edilir. Həmçinin, qonaqlar hər növ sac, manqal və təndir yeməkləri sifariş edə bilərlər.
“Resort Hotel Cannat Bağı»nda özünüzü açıq havada, bir kənd atmosferində hiss edəcəksiniz. Sərin hava və dağ mənzərələri insanın dincəlməsi üçün idealdır. Otaglarda və kotteclərdə bütün imkanlar mövcuddur: onlar rahat çarpayılar, özəl vanna otagı, isti və soyuq su, istilik sistemi, TV, sputnik kanalları ilə təmin edilib. Gecə-qündüz mühafizə edilən otelin ərazisində istirahət edə və gözəl təbiətdən zovq ala bilərsiniz.
Əlavə məlumat və oteldə qonaq olmaq istəyənlər üçün əlaqə nömrəsi:
+994 51 844 44 13
info@qonaq.net
fb.com/cbagiresort