Mən də getdim: İstanbul yayı - İkinci hissә

Taksimdәn Kadıköyә vapurla keçmәk tәxminәn 20-25 dəqiqə çәkdi. Kadıköydәki evimizә bizi ev sahibi aparacaqdı deyә Kadıköy İskələsinin qarşısına görüşmәyi qәrarlaşdırmışdıq.
Xəbərlər 20 Avqust 2015 00:00 2589
Mən də getdim: İstanbul yayı - İkinci hissә

Səyyahımız Nura Dünyamalıyevanın İstanbul səyahətinin ikinci hissəsini təqdim edirik. İstanbul səyahətinin əvvəli burada

Bir neçә dәqiqә gözlәdikdәn sonra gözüm hәmin qıza bәnzәyәn birinә sataşdı (söhbәti tutmayanlar İstanbul yazısının birinci hissәsini oxusunlar). Sonra әmin oldum ki, odu vә gözünün içinә 'Bacı, burdayam e!' deyirmişcәsinә baxdım. Qız gülümsәyәrәk yaxınlaşıb 'Şәkildә daha balaca görünürsәn, bir an tanıya bilmәdim' deyərək salamlaşdı, hal-әhval soruşdu. (4 gün sonra kompliment! Havam batsın!)
Evә gedәnә kimi bütün yol boyu hәr küçә barәdә mәlumat verdi. Filan küçәdә filan yaxşı mağaza var vә ya filan küçәdә filan kafenin qәhvәsi çox dadlıdı kimi. Bir növ rәhbәrimiz oldu bizim.
O danışdıqca mәn dә әtrafa nәzәr yetirirdim, yeni evimizi öz gözlәrimlә yerli-dibli araşdırırdım. Ev, Kadıköy iskələsinә piyada tәxminәn 5-10 dәqiqәlik mәsafәdәdi. Mәşhur Moda caddәsindә (caddә, yәni meydan) yerlәşir, yenә o mәşhur Barlar küçәsinin paralelindә vә yenә o mәşhur Barış Manço evi tәrәfdә (qonşuyduq). Kadıköy bugünә qәdәr İstanbulda gördüyüm әn gözәl mәkandı, tam yaşanılası yerdi, yәni. Әrәblәrdәn, suriyalılardan uzaq, әsl istanbulluların yaşadığı yer. Ev elә gözәl yerdә idi ki, bizә lazım olan bütün mağazalar, kitab dükanları, Migros market, çox sayda gözәl kafe vә balıq restoranları ovcumuzun içindә idi.
Qeyd edim ki, bu evi dә Airbnb.com saytı vasitәsilә tapıb kirayәləmişdim. Evin 9 günlük qiymәti 250 avro idi (ümumi qiymәtdi, yәni neçә nәfәr qalsa, qiymәt bölünür). 1 zalı vә 2 yataq otağı olan vә Kadıköy kimi gözәl yerdә yerlәşәn ev üçün 260 avro çox әla qiymәtdi, fikrimcә. Hәlә buna tәmizlik pulunu vә saytın özünә götürdüyü müәyyәn miqdarı da nәzәrә alsaq, şellәndik biz. Evi görmək üçün linkə klikləyin : (https://ru.airbnb.com/rooms/6999728)
Xanım qız biz evә keçmәdәn bizi yolda saxlatdırıb bakkala (türklәrin kiçik marketlәrә verdiyi ad) girdi. Bir dә görürәm ki, әli-qolu tullana-tullana bizә tәrәf gәlir. 'Bu soyuq içkilәri sizә almışam, yol gәlmisiz, hava da çox istidi. Sәrinlәyin!' demәsi ev sahibi cәhәtdәn bu dәfә hәqiqәtәn tutuzdurduğumuza bir işarә idi.
Evi o qәdәr sevmişdim ki, evdәn çölә çıxmaq istәmirdim heç. İçәri girib hәr otağı göstәrdi, tәrtәmiz edibmiş. Yenә türklәrdәn sitat gәtirim : Bal dök yala! Mәtbәxi balaca olsa da, idarә etmәk olardı. Soyuducunu açdım ki, pәh! Dopdolu soyuducu. Bir dә arxadan gәlәn sәsә qulaq verdim ki, bәs ev sahibi deyir : 'Soyuducuda vә mәtbәxdә olan bütün әrzaqlardan könül rahatlığı ilә istifadә edә bilәrsiniz'. Aydaaaaa! Bu qız necә gözәl ev sahibidi.
Bayaq aldığı soyuq içkilәrdәn qurtuldadıb sәrinlәmәyә çalışdıq. Bu anda da gözәl söhbәt başladı. Xanım qız İstanbulda redaktordu. Bu anda evindәki geniş kitabxanadan özünün redakte etdiyi kitabı götürüb bizә göstәrdi. İlk göz ağrısıdı, sevincli görünürdü. (Kitabın adı : Robert Bolanonun 2666 kitabı)
Sevgilimin kitab qurdu olduğun nәzәrә alsaq, bu söhbәti necә tamamlamaq olardı? Bir xeyli danışdılar. Söhbәt әsnasında öyrәndik ki, ev öz evi deyil. 12 ildir rәfiqәsi ilә bu evdә yaşayırmış. Sonra qız ailә hәyatı qurduğundan evini rәfiqәsinә kirayә verir. Normalda 2000+ TL maaş almasına baxmayaraq, yaşamaq çәtin olduğu üçün evini kirayә vermәyә başlayıb. Kirayәçinin kirayәçisi idik, yәni. Sonra da öyrәndim ki, evinә qәbul etdiyi ilk kirayәçilәrik. Sağ olsun, әl üstündә tutdu.
Evindә kondisioner yoxuydu deyә qorxmuşdum ki, gecә yatmaq çәtin olar. Pәncәrәlәri açıb rahatlıqla yatmaq olduğun desә dә, bu dәfә dә böcәk fobiam işә düşdü. O da köhnә bir ventilyatoru gәtirib otaqda yerlәşdirdi. Ev çox sәrin idi, ona ehtiyac da qalmadı. Yaxşı ki dә qalmadı. Ventilyator işә düşәndә partlayan tәkәrin çıxardığı sәsi çıxardırdı, ay amaaaaan!
Belәcә söhbәti tamamlayıb xanım qızla sağollaşdıq.
Çamadanları yerlәşdirib azca istirahәt etdikdәn sonra Kadıköyün Barlar küçәsindәki bir balıq restoranında oturub nahar etdik. Ofisiant mәnә 'Hamsi' (bir növ balıq) ilә ayranın bir-birinә yaraşmadığın dedikdәn sonra başqa yemәkdә qәrar qıldım. Bir porsiya yemәk (toyuq yemәyi idi, adın unutmuşam) 15 TL idi vә dә çox doyumlu, eyni zamanda dadlı (getmәk istәyәniniz olarsa, tövsiyyә edә bilәrәm : Şәlalә restoranı). 'Şəlalə, çıx palkona!' cümləsin eşidən kimiyəm, sanki.

Nahardan sonra ikimizin dә İstanbulda heç etmәdiyimiz vapur turuna çıxdıq. Vapur turunun qiymәti adambaşı 12 TL-di vә tәxminәn 2 saat çәkir.

İstanbulu әn sevdirәn cәhәt elә bu vapurlardı. İki saat çox möhtәşәm gәzinti edib bir xeyli gözәlliyә şahid oldum.

Әsasәn dә gözdәn itәn vә yaşıllıqlara qәrq olmuş varlı evlәrini görә bildim.

 

 

Dәnizin qoxusunu içimә çәkdim, qәmiş (!) martılarla simitimi paylaşdım, vapurda verilәn zәhәr-zәkkutun (!) çaydan bir qurtum alıb üzümü turşutmuşdum ki, iki saatın necә keçdiyin bilmәdәn gәzintinin sonuna gәldiyimizin fәrqinә vardım.

( 'Salla ayaqları havaya, hayde hamı İstanbula' adlı fotomuz)

İstanbula gәlәn qızların әn sevdiyi şey nә olar, sizcә? Bәli, bәli - Alış-veriş! Mәn dә qazandığım maaşın bir hissәsin götürüb ancaq pal-paltara tökmәk qәrarına gәlmişdim. Elә ayaqlarım mәni AVM-lәrә apardı.
İlk getdiyim AVM hamının çox yaxşı tanıdığı Cihangir oldu. Sonradan öyrәndim ki, bir vaxtlar bu AVM Avropanın әn böyük alış-veriş mәrkәzi olub. Ora getmәk üçün vapurla Beşiktaşa gedib ordan Mecidiyəköy yazılı avtobusa oturduq. Sonradan Marmarayla daha tez vә asan gedә bilәcәyimizi öyrәnib şok keçirdim. Çünki ilk vasitә çox ağrılı oldu. İsti bir tәrәfdәn, İstanbulun mәlum tıxac mәsәlәsi bir tәrәfdәn adamı yorurdu. Hәmin gün yalan olmasın, 1 saat yarıma çata bilmişdik. Sonda da bir köynәk alıb qayıtmışdım. Mәslәhәtdi ki, bu AVM-ә gәlmiyin. Hәm yolu uzundu, hәm dә zövq oxşayan heçnә yoxdu.
Ondansa, İstanbulun pasajlarına girib daha gözәl vә maraqlı şeylәr tapa bilәrsiz. Vә ya illallah da ki, siz AVM istәyirsinizsә, onda sizә Aksaray AVM-ni tövsiyyә edirәm. (Kadıköydәn gedәcәksinizsә, metro istifadә edәrәk Ünalan stansiyasında enin. Metrodakı AVM işarәlәrini izlәyib Aksaraya çıxa bilәcәksiniz)

( Türk havayollarına salam olsun!)

Daha sakit AVM axtarırsınızsa, Tepe Natrius-a gedə bilərsiniz. Kadıköydə yerləşir. Biz piyada getdik, heç uzun da çəkmədi. Amma Kadıköydən metroya minərək Ayrılıq Çeşməsi stansiyasında enib bu AVM-ə gəlib çıxa bilərsiniz.
Sonrakı günlәrdәn birindә mәnim İstanbulun әn sevdiyim yeri - Ortaköyә getdik. Axşam vaxtı idi, Beşiktaşa vapurla gәlərək qarşıdakı dayanacaqdan Ortaköyә gedәn avtobusu bir xeyli gözlәdik. Yol elә uzun çәkmәsә dә (axşam tıxac az olur), sürücü eynilә bizim sürücülәri mәnә xatırlatdı : sürmürdü, qanadlanıb uçurdu. Xәtasız-bәlasız Ortaköyә çatmağımıza sevinib Ortaköyü gәzmәyә başladıq. Heyf ki tox idik, yoxsa Ortaköyә gәlib kumpir yemәmәk adamı utandırardı. 

(Əvəzində Taksimdəki Patatos adlı restorana gedib ilin səhvin etdim və budur o səhv qarşınızdadı)

Ortaköyün әn sevdiyim yeri axşam vaxtı işıqları yandırılan körpü mәnzәrәsi vә ara küçәlәrdәki balaca bazarlardı. Hә, bir dә balaca vә gözәl kafelәri.

(Aylı gecə, sərin külək, göy çəmən)

Evә getmәk üçün gecikmәmәliydik, әks tәqdirdә son gedәn vapuru qaçıra bilәrdik. Piyada keçidinә ayağımızı yenicә basmışdıq ki, uzaqdan sürәtlә irәlilәyәn bir maşınla burun-buruna gәldik. Sürücü tam vaxtında maşını dayandırdı, yoxsa indi şәklimә qara lent bağlayıb hay-hәşir qoparmışdız. Qorxudan yerimdәn tәrpәnә bilmәdim, gözümü yumub göyә qanadlanmağı gözlәyirdim mәn. Yaxşı ki, o maşının tәkәrlәri tam vaxtında daya bildi. Qorxudan heç o kinolardakı kimi maşının tәkәrlәrin tәpiklәyib, sürücüyә ana-ata söyüşü dә söyә bilmәdim. Bir onu bilirәm ki, bu şәhәrdә piyada sürücüyә, sürücü dә piyadaya hörmәt etmir. Artıq hәr gün türk kanallarında gördüyüm dәhşәtli qәzalara baxanda tәәcüblәnmirәm.
Vapuru qaçırdıq. Taksimə gedib ordan dolmuşla Kadıköyə getməyi düşündük. Heç əmin deyildik ki, dolmuş tapa biləcəyik. Çünki dolmuşların saat 12-ə kimi işlədiyini düşünürdük. Günahların alırmışam, 24 saat işləyirmiş. Beləliklə, müxtəlif növ nəqliyyat vasitələrindən istifadə marağı olan biri olaraq könül rahatlığı ilə deyə bilərəm ki, dolmuşdan istifadə edərək İstanbulun bütün nəqliyyat vasitələrindən yararlandım.
Dolmuşu heç sevmədim. Birincisi, yerlər dolana kimi gözləməlisən. 'Ay şofer, sür gedək dənə' demək kimi bir lüksün yoxdu. İkincisi, heçkim yanında oturan müştərinin yuxulayıb sənin çiynində yatmasından siğortalanmayıb. Üçüncüsü və ən əsası, çox sürətli irəliləyirdik, ürəyim ağzıma gəldi söhbəti. Burda yol pulun vermək sistemi də fərqlidi. Arxadan pulları önə doğru ötürüb sürücüyə çatdırırsan. Artıq pul yenə öndən səyahət edərək axırda gəlib sənə çatır. Amma vapuru qaçıranlar üçün yaxşı vasitədi, küçədə qalmamış olursan. Pozitivlikdən zövq alıram!
İstanbuldakı digәr axşamımızı məşhur qoz ağacı söhbətinin baş verdiyi Gülhanә parkına getmәklә dәyәrlәndirdik. Qış vaxtı bura gәlәndә bәyәnmәmişdim, amma yayda çox gözәl istirahәt mәkanıdı. İnsanların әksәriyyәti bura iftar üçün gәlmişdi. Tam mәnlikdi : yemәklәrin, içkilәrin götürüb yerә süfrә sәrәrәk topun atılmasın gözlәyirdilәr. Ramaz bayramı olduğundan hәr yerdә bәlәdiyyәlәrin tәşkil etdiyi iftar süfrәlәrin görürdüm. Özümә söz vermişdim ki, gәlib burda nahat edәcәm ki, pulum cibimdә qalsın (yenә kasıb uşaq imicimә büründüm, canım yanmasın), amma heçcür tutuzdura bilmәdim.
Gülhanədən çıxıb Sirkeci ətrafında gəzişərkən yan masada oturub iftar edən yaşlı bir dayı 'pşt' edib bizi səslədi. Boynumdakı kameradan turist olduğumu anlayıb bizi dadlı şokolada qonaq elədi. Di gəl ki, dayı məndən 'Thanks a lot' cümləsin gözləyən yerdə mən durub demədimmi 'Ayh, çok teşekkür ederim, amcacım'. Dayıya od qoydular, elə bil. Məncə, əlində olsa boğazımdan çıxardardı o şokoladı. Yəqin, müştəri cəlb etmək istəyirmiş və ya mən çox şübhəcil insanam.
İndi isə sizə mənim üçün İstanbulun gözbəbəyi olan Kadıköyün ən gözəl yerlərindən bəhs edim. Birincisi, neçə gündür Kadıköydə qalmağıma baxmayaraq, Barlar küçəsi və Modadan kənara çıxmamışdım. Daha doğrusu, Modanın yaşadığım yerdən ibarət olduğunu düşünürdüm. Deyə bilərsiz ki, ay allahsız, bir çıx küçələrə də. Bu küçənin arxası da var da. Haqlısız, mən də özümü belə tənqid etmişdim (mənimki söyüşlü idi amma). Kadıköydə yaşayan bir tanış (onu sadəcə sosial şəbəkələr vasitəsilə tanıyırdım) sayəsində Kadıköyü gəzib daha da aşiq oldum.
Uzun müddətdir ki, İstanbulda yaşayan bu xanım bizi Kadıköyün ən gözəl yerlərinə apardı. Birincisi, ac olduğumuz üçün bizim yaşadığımız evin yaxınlığındakı 'Pide Sun' (https://www.zomato.com/tr/istanbul/pidesun-samsun-pide-kad%C4%B1k%C3%B6y-merkez-istanbul) adlı restoranda oturduq. Əgər pide sevirsinizsə və ya heç dadmayıb dadmaq barədə düşünürsünüzsə, sizə İstanbulda bu restoranı, bəli, bəli, ancaq və ancaq bu restoranı tövsiyyə edə bilərəm (çünki özüm də pideni ancaq burda yemişəm). Moda caddəsində yerləşən bu restoranın sahibləri Samsunludu və bişirdikləri pidelər möhtəşəmdi (xüsusilə, bizim favoritimiz olan pendirli açıq pide ilə qıymalı bağlı pide). Qiymətləri də normaldı. Amma biz Ramazan bayramı ərəfəsində orda olduğumuz üçün ikinci gedişimizdə (iftar vaxtı idi) sifarişlərimizi bir xeyli gözlətdilər. Hətta o qədər məşhurdu ki, İstanbulun yarısı bura şam yeməyinə gəlmişdi deyə stol-stul çatışmadığından bizə nazikcə gözləməli olduğumuzu demişdilər. Çox keçmədi ki, uyğun bir yerə əlavə stol açıb bizim kimi dəyərli və qarnı böyük olan (çox ac idik) müştəriləri itirmədilər.
Axşam çayın (ingilislərin 5 çayı varsa, bizim də axşam çayımız var) yenə Kadıköydə, Moda çay bağçasında (bizim dilimizdə desək, açıq məkanlı çayxana) içdik. İstanbulda çay içmək üçün oturduğumuz çay bağçalarında belə bir vərdiş var. Birincisi, sifarişini verdinsə, bu hansısa bir kağıza yazılmır. Ofisiantımız bu anda yaddaşı və sifarişin çoxluğu arasında mübarizə aparmalı olur. Arada gedib-gələrək : 'Abican, sən iki stəkan çay, bir qəhvə istəmişdin də?' sualın verir. Sonra sifarişi səhv gətirir, qarışdırır, aləm dəyir bir-birinə. Adamın ürəyindən lap ironiya qarışıq gülməli bir ifadə - 'Ə, bunun böyüyü yoxdu?' kimi bir sual keçir. Halbuki, etməli olduğu tək şey bir vərəqə bir neçə söz qaralamaqdı. Keçək ikinci məsələyə. Hesab gəlir. Daha doğrusu, gəlmir. Daha da doğrusu, gələ bilmir. Yazmayıb axı, necə gəlsin?! Hesabı istəyəndə sizə belə bir sual verirlər : 'Nə içmişdiniz?' (hurrey, bir stəkan çay deyib topuğa tüpürüb qaçmaq üçün əla şans). Bu da müştərini vicdanı ilə baş-başa qoyub sınadıldığı andı. Yəni vicdanlısansa, içdiyin 5 stəkan çayın pulun verirsən və ya bu servisdən razı qalmayıb, işçilərə dərs verirmişcəsinə içdiyin o bir butulka kolanı demirsən. İtirən o olur, qabağa düşən sən (zarafat edirəm, elə şey eləmiyin, siz allah). Moda çay bağçasında sistem biraz fərqlidi. Biz çay içdikcə fikir verirdim ki, boş stəkanlar götürülür, nəlbəkilərə isə əl dəyilmirdi. Bunun servisin daha bir pis cəhəti olduğun düşünsəm də, sonradan gördüm ki, biz hesabı soruşanda dayıcan bizə o məşhur 'Sizdə nə var idi?' (nə içmişdiz?) sualını verməyərək nəlbəkiləri saymağa başlayır. Nəlbəki sayını bir çayın puluna vurub bizi yolladı. (heç olmasa təsəllimiz bu olsun ki, vərəq istifadə eləmir. Zato (!) bir ağac bu dayıya görə kəsilmədi zad)
Mənzərəsi çox gözəldi. Ağac budaqlarının arasında gizlənmiş stolda oturaraq, qarşındakı sahil mənzərəsinə baxıb qaynadılmış (söz soxuram) çay içirsən. Çaydan zövq almırsan, çünki dəmlənmiş yox, qaynadılmışdı. Amma mənzərə və atmosfer zövq verir. Qeyd edim ki, axşam saatlarında çay/qəhvə servisin dayandırırlar. İçə biləcəyiniz tək şey meyvə şirələri və kola olur.

Bu çay bağçası tərəfdə Kadıköyün (ya da İstanbulun, tam xatırlamıram) ən məşhur dondurma satan dükanı (Mehşur Ali Usta dondurmacısı) yerləşir. Türklər də bizim kimi hər kəlmənin önünə 'ən' sözünü əlavə etməkdən ötrü sino (!) gedir. Bu dükanın necə ən məşhur olduğun bilmirəm, amma sırf o 'ən' sözünə görə dükanın qarşısında az qala Luvrdakı qədər sıra görülür. Və ya, həqiqətən də dondurması əladı. 

Xəstə idim deyə dadmadım, amma bir Laziolu olaraq ən gözəl dondurmanın İtaliyada olduğunu qeyd etməyimə ehtiyac yoxdu, yəqin ki. Həmçinin Kadıköyün maraqlı məkanlardan 'Yer'-i sizə məsləhət görə bilərəm. 'Hardasan?', 'Yerdəyəm' zarafatını eləməsəz, gözəl məkandı əslində. Pivələri digər məkanlara görə bahadı biraz. Həm də alkolu çoxdu, deyəsən. Ya da mən sərxoş olmağa səbəb axtarırdım. Digər gözəl məkanlarından biri 'Ayı' adlanır. Daha çox gənclərin yığışıb, içki içərək söhbətləşib, əyləndiyi sadə məkanlardandı. Hər dəfə qarşısından keçəndə düşünürdüm ki, yəqin hansısa türk bacı sevgilisindən ayrılıb bu məkanı açıb, adın da 'Ayı' qoyub (türk qızlarının ayılarla imtahanı hamıya məlumdu da). Son olaraq da bir səhər yeməyi məkanı deyim. Adı 'Vagzal'-dı (yox bir vağzal). 10 TL-ə səhər yeməyi verir. Düz oxuduz 10 TL. Ucuz ətin şorbası olmaz deyirlər. Mən səyahətdə bu məsəli qulaq ardına vururam. Nə qədər ucuzdursa, bir o qədər sərfəlidi demək. Əslində, çox fərqli məkandı. Belə qədimi, antikvar.

Pilləkanları çıxıb otaqlara göz gəzdirdikcə görünür ki, əvvəllər ev olub, indi kafe kimi işlədilir. Əslində, səhər yeməyi həvəskarı olaraq görüntü mənim ürəyimi açmasa da, yediklərim doyumlu və dadlı idi. Gözüm doymadı sadəcə (süfrə gözəlliyindən gedir söhbət). Bir də servisi həddən artıq zəifdi. Səbrlisinizsə və puldan düzgün istifadə etmək istəyirsinizsə, gəlin deyərəm. Amma lüks düşkünü bacılardansınızsa, gedib bəyənməyib mənə sifət eləmiyin, qadanız alaram. Bir də bizim evin tam yanında 'Bistro' adlı məkan var. Yaxşı pivələri olan sakit məkandı.
Səhv etmirəmsə, ya Avqustun axırına, ya da Sentyabra kimi Kadıköy Modada yay panayırı var (panayırı bilmirəm bizim dilə necə çevirim. Bir növ əl əməyinə əsaslanan əşyaların satıldığı kiçik bazar kimi düşünün). Hərşey satılır : kremlərdən tutun, qozdan hazırlanan təbii yağlara kimi, geyimdən tutun da, balıqqulağından hazırlanan aksesuarlara qədər hərşey.

Panayır bitməyibsə, balıqqulağından hazırlanan əşyaların satıldığı stendə yaxınlaşıb ordakı dayı ilə mütləq dialoqa girin. Normalda mühəndis kimi uzun illər işləsə də, sonra hobbisini biznesə çevirib. Balıqqulaqlarını yığıb lampalar filan hazırlayır, çox maraqlıdı. Söhbətin ortasında həyəcanlanıb ilk hazırladığı balıqqulağı lampasın tapıb bizə sevincək göstərmişdi. Ucuz satır, kef eliyin. Bizim uşaqlar bu panayırda SSR-i vaxtından qalan siqaretdən alıb boğulmuşdular. İndi yadıma düşdü. Dadı pis imiş, cəhd etməyin.
Kitabsevərlər üçün Kadıköyün Kafka kafesinin altında yerləşən kitabevini də burdan qeyd edək. Biri də var, 'Kedi kitabevi' idi adı, deyəsən. Kadıköy pasajlarında bir xeyli ucuz və ikinci əl kitablar var, oralara da bir göz gəzdirin deyirəm mən.
Məncə, Kadıköy barəsində yetərli məlumatı verdim. Unutduğum heçnə qalmadı. Qaldısa da, canım sağolsun, düz deyil?!
Gələn dəfə sizin üçün İstanbul adaları və Bursa barədə yazacam. 

İcazə verin sizinlə sağollaşım di.

OXŞAR XƏBƏRLƏR