ABŞ-ın möcüzəvi “Şüşəli plyaj”ı - FOTOLAR

Xəbərlər 12 Sentyabr 2016 00:00 1989
ABŞ-ın möcüzəvi “Şüşəli plyaj”ı - FOTOLAR

ABŞ-ın Kaliforniya ştatında “Şüşəli plyaj” (Glass Beach) görənləri heyran edir.

Glass-Beach-Sign

Ştatın Fort Bragg şəhərindəki bu playj 1949-cu ildən zibilxana kimi istifadə olunub. 18 il ərzində bu formada baxımsız qalıb. Daha sonra sahildə zərərli maddələr aşkar olunduğu üçün plyaj nəzarətə götürülüb.

04

Bu plyajın sahili tamamilə şüşədən ibarətdir. Plyajda qum, daş kimi şeylərə rast gələ bilməzsiniz. Şüşələrin illərcə okenanın sahili yumasından, yağış və küləyin təsirindən formalaşdığı deyilir.

Təbiətin özünü bərpası nəticəsində ərazi indi Təbii Qoruma Parkı (MacKerricher State Park) kimi fəaliyyət göstərir.

Cam-Sahili-Fort-Bragg-Kaliforniya2

Plyaja girişə icazə verilsə də, şüşə götürmək qadağandır. Lakin üzərinizə baxış zamanı şüşə tapsalar, heç bir cərimə kəsilmir və onları geri alırlar. Qadağaya səbəb isə şüşələrdən zərgərlik məhsullarının istehsalında istifadə olunmasıdır.

glassbeach2-1-of-1

maxresdefault

Ərazidə 50-ci illərin zibil tullantılarının qalıqlarını az da olsa görmək mümkündür.

wCJaK

Eləcə də bax: Xarici turistlərin Azərbaycanda xərclədiyi - PULLAR AÇIQLANDI

Mənbə: sey-yah.com

OXŞAR XƏBƏRLƏR