Səyahət zamanı biz müxtəlif şəhərlərin tarixi yerlərini, muzeylərini, mədəniyyətini öyrəndiyimiz kimi mətbəxləri ilə də tanış oluruq. Bu da ən azı səyahət qədər zövqlüdür. Gəlin, Baba Ağayevin təqdimatında bəzi ölkələrdəki maraqlı restoran və kafeləri tanıyaq.
Yolunuz bu şəhərlərdən düşsə, mütləq baş çəkin:
_640_427_80auto_s.jpg)
1. The Test Kitchen, Keyptaun, CAR – Porsiyalar çox kiçik olsa da, mükəmməl dad yaradırlar. Bu restoran hər il dünyanın fərqli yemək jurnallarında “Dünya üzrə Top 50, Top 100 Restoranlar” listinə düşür. Yeməklər gözünüzün önündə hazırlanır. Təamlar doymaq üçün deyil, zövq almaq üçündür. Biraz toppuş olanlar buradan çıxandan sonra doymaq üçün McDonaldsa üz tuta bilərlər

2.The Rules, London , Birləşmiş Krallıq – Londonun ən qədim restoranıdır. 1798-ci ildən fəaliyyətdədir. Sezonuna düşsəniz, gündəlik ovlanmış ceyran, maral və digər heyvanların ətlərindən hazırlanmış təamların dadına baxa bilərsiniz. Təkcə interyer restoranın qiymətləri haqqında nəticə çıxarmanıza yardımçı ola bilər. Amma yeməklərin dadı interyeri ikinci plana salır. Bu restorana turistlər və yerlilər xüsusən onlarla növü olan ingilis pudinqlərinin dadına baxmağa gəlirlər.

3.Café de Tacuba, Meksiko, Meksika – öz tarixinə uyğun freska və divar rəsmləri ilə dizayn edilmiş retsoranda Meksika mətbəxinin ən dadlı yeməklərini yeyə bilərsiniz. Restoran 1912-ci ildən fəaliyyət göstərir. Bütün interyer bir tarixdir. Mən ençiladas və miçelada sifariş vermişdim. Yeməkləri də çox dadlıdır. Heyif ki, Bakıda heçbir restoran, kafe, pub miçelada vermir.
4. Texas Steak House, Dubay, BƏƏ – Burada yediyim steyk indiyə qədər daddıqlarımın ən möhtəşəmi idi. Dubai Mall-da (Fountain Restaurant Area – Lower Ground Level) yerləşir. Dubaya gedəndə burada özünüzə mütləq bir qonaqlıq verin.

5. Mama Africa, Keyptaun, CAR – Keyptauna gələnlər üçün “must be” restorandır. Qiymətləri biraz yüksək olsa da, timsah, dəvəquşu və bir çox başqa heyvanların ətlərindən hazırlanmış qrillərin və MicroBrewery-lərin dadına baxa biləcəyiniz yerdir. Yanında da canlı Afrika musiqisi ilə

6.Компот, Odessa, Ukrayna – Odessadan yolunuz düşsə, dovşan ətindən olan pelmenilərinin (kompotla) və ənənəvi borşlarının dadına baxın.
Eləcə də bax, BAKININ ƏN DADLI SƏHƏR YEMƏYİ MƏKANKLARI - QİYMƏTLƏR
Mənbə:seyahetciblog