Kanadada təhsil – QİYMƏTLƏR

Xəbərlər 14 Fevral 2017 00:00 906
Kanadada təhsil – QİYMƏTLƏR

Digər qərb ölkələrində olduğu kimi Kanadada da ali təhsil sistemi üçmərhələlidir. Seyyah.az Kanadada təhsil haqqında məlumatı oxucularına təqdim edir.

Üç illik təhsil proqramında bakalavr dərəcəsi verilir. Bir və ya iki illik magistr proqramından sonra doktoranturaya qəbul olanlar isə fəlsəfə doktoru dərəcəsi almaq üçün daha dörd il elmlə məşğul olmalıdır. Universitetlərə sənəd qəbulu bir il əvvəl başlayır. Əcnəbi tələbələr bir qayda olaraq orta təhsil haqqında attestat təqdim etməli və TOEFL və ya İELTS imtahanı verməlidirlər.

Eləcə də baxÇində ödənişsiz təhsil imkanı

Kanada da təhsil almaq istəyən əcnəbi tələbəyə il ərzində 15-20 min Kanada dolları civarında maliyyə vəsaiti lazımdır.Yaşayış və təhsil xərclərini ödəmək üçün əcnəbi tələbələrə həftədə 20 saat və tətil günlərində tam ştat işləmək imkani yaradılır.

Uzunmüddətli təhsil almaq üçün tələbə vizasi və təhsil üçün icazə sənədi almaq əsas şərtlərdəndir. Bir illik tibbi sığortaya isə 700 CAD və ya 534 dollar ödənilir.

Kanada universitetləri içərisində Toronto universiteti mühüm yer tutur. İllik universitet ödənişi ortalama  20 000 (15  270 dollar) ilə 36 000 (27 500 dollar) CAD aralığındadır. Amma bu universitetin olduğu şəhərə və seçilən universitetə görə dəyişir.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR