Çində ödənişsiz təhsil imkanı

Xəbərlər 14 Fevral 2017 00:00 925
Çində ödənişsiz təhsil imkanı

2017-2018-ci tədris ilində Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün yerlər ayrılıb.

Seyyah.az-ın verdiyi məlumatına görə, təhsil almaq “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i çərçivəsində həyata keçirilir.

Eləcə də bax, Kanadada təhsil – QİYMƏTLƏR

Azərbaycan vətəndaşlarının Çinin ali məktəblərində təhsil alması üçün ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Ali məktəbdə qeydiyyat, laboratoriya, təcrübə (internship), yataqxana və aylıq yaşayış xərcləri, təhsil haqqı, tədris materialları və s. Çin tərəfindən qarşılanır.

Sazişə uyğun olaraq hazırda 37 nəfər azərbaycanlı tələbə “Beynəlxalq əlaqələr”, “Beynəlxalq iqtisadiyyat və ticarət”, “Turizm”, “Mülki və ticarət hüququ”, “Politologiya və dövlət idarəçiliyi”, “Yeni və ən yeni çin ədəbiyyatı”, “Kommunikasiya və informasiya sistemləri”, “Neft və təbii qaz mühəndisliyi”, “Maşınqayırma mühəndisliyi”, “Beynəlxalq maliyyə və investisiya” və digər ixtisaslar üzrə Çinin yüksək reytinqli ali təhsil müəssisələrində təhsil alır.

Saziş çərçivəsində indiyədək 107 nəfər Azərbaycan vətəndaşı Çinin yüksək reytinqli ali məktəblərində təhsil alıb.

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini martın 10-dək təqdim edə bilərlər.

Mənbə: Turizm.fins.

OXŞAR XƏBƏRLƏR