Bakıda keçiriləcək şopinq festivallar müddətində alınan mallar üzrə ödənilən ƏDV-nin qaytarılması üçün ilkin mərhələdə “Park Bulvar”, “Port Baku Mall”, “Nərgiz Mall”, “Metropark”, “28 Mall”, “Gənclik Mall” ticarət mərkəzində xüsusi köşklərin qurulması planlaşdırılır. Vergilər Nazirliyindən Seyyah.az-a verilən məlumata görə, ehtiyac olarsa, bu köşklərin sayı artırıla bilər.
100 manatlıq baryer
Qaydalara görə, "Tax free"dən yararlanmaq üçün ən azı 100 manatlıq alış-veriş etməlisiz. Festival müddətində ƏDV-nin qaytarılması 3 mərhələdən ibarətdir. Əvvəlcə siz bu imkandan istifadə etmək istədiyinizi satıcıya bildirməlisiz. Sonra şəxsiyyət vəsiqənizi satıcıya təqdim etməlisiz. Satıcı sənəddəki məlumatlarınızı daxil etdikdən sonra 2 nüsxədə imzalanıb möhürlənmiş elektron hesab fakturanı təqdim edəcək. Sənəddə ödədiyiniz ƏDV_nin məbləği və son qayratılma tarixi göstəriləcək.
Sonra siz həmin hesab fakturanı ticarət mərkəzlərində qurulan xüsusi ƏDV köşklərindən birinə yaxınlaşmalısız. Köşkün əməkdaşı sənədi yoxladıqdan sonra xüsusi qeydlər edərək möhürləyəcək və geri qaytaracaq. Yoxlama zamanı sizdən mallara baxış tələb oluna bilər.
Eləcə də bax,Sərnişinlərinə pulsuz planşet verəcək - İLK DƏFƏ
ƏDV manatla qaytarılacaq
3-cü mərhələdə siz müvəkkil banklara müraciət edərək ödədiyiniz ƏDV məbləğini manatla geri ala bilərsiz. Əcnəbilərə isə ƏDV xarici valyutada kart hesabına köçürməklə ödənilə bilər. Əgər vəsaiti nağd şəkildə almaq istəsəz tələbiniz gün ərzində yerinə yetiriləcək. əgər karta köçürmək istəsəz proses 10 gün ərzində reallaşacaq. Bunun üçün kart rekvizitlərini təqdim etməlisiz.
Qeyd edək ki, hansı qaydada almağınızdan asılı olmayaraq ödədiyiniz ƏDV-ni geri alarkən həmin məbləğdən 20 faiz xidmət haqqı çıxılacaq.
Bu mallara görə ƏDV qayratılmayacaq
Eləcə də bax,Azərbaycana gələn xaricilərin xərclədiyi - PULLAR AÇIQLANDI
Onu da deyək ki, aşağıdakı mallara görə ƏDV qaytarılmayacaq:
- aksizli mallar
- ərzaq malları
- dərmanlar və tibbi ləvazimatlar
- ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar
- çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar,
- külçə şəklində qiymətli metallar,
- nəqliyyat vasitələri və onların ehtiyat hissələri
Eləcə də bax,Booking.com Türkiyədə qadağan olundu
Mənbə: Fins