Almaniyada işçilərinə ən çox maaş verən şirkətlərin siyahısı açıqlanıb. «The Local»ın məlumatına görə, ən çox əmək haqqı təklif edən şirkət ABŞ-ın «Intel»şirkətinin Almaniya bölməsidir. Burada işçilərin orta illik maaşı 77 500 avrodur ki, bu da ölkə üzrə orta əmək haqqından az qala iki dəfə yüksəkdir. «Airbus Group» şirkətində maaşlar ondan bir qədər azdır – ildə 76 500 avro. İşçilərin ən çox maaş verən şirkətlərin siyahısı belədir:
1. Intel - €77 500
2. Airbus Group - €76 500
3. IBM - €66 918
4. Siemens - €66 150
5. Allianz - €65 585
6. Commerzbank - €65 585
7. BASF - €65 300
8. Deutsche Bank - €65 000
9. Volkswagen - €62 677
10. Continental - €61 284
11. Daimler - €61 000
12. Audi - €60 270
Eləcə də bax: Almaniyaya köçmək istəyənlər üçün – ORADA MAAŞ NƏ QƏDƏRDİR?