Azərbaycanda halal turizm başladı - YENİLİK

Xəbərlər 25 Aprel 2017 00:00 675
Azərbaycanda halal turizm başladı - YENİLİK

Azərbaycanda yeni halal turizm standartı yaradılıb. Seyyah.az xəbər verir ki, bu barədə jurnalistlərə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov məlumat verib. Bildirib ki, Prezidentin imzaladığı sənədlərlə dünya mövcud olan halal turizm normlarına cavab verən standartın yaradılması tapşırılıb. Bununla mehmanxanalarda müasir tələblərə cavab verən standartın Azərbaycana gətirilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, 2016-cı ildə körfəz ölkələrindən və digər müsəlman ölkələrindən gələn turistlərə viza qaydalarının sadələşdirilməsi onların sayında atrım müşahidə olunub. 2015-ci ildə 13 müsəlman ölkəsindən 27 min turist gəlib. 2016-cı ildə isə bu rəqəm  157 minə çatıb. 

Eləcə də bax: Azərbaycan hotellərində qadın-kişi mərtəbələri - AYRILACAQ

m. Qəhrəmanovun sözlərinə görə, Birləşmir Ərəb Əmirliklərindən 2015-ci ildə 2 700 xarici vətəndaş gəlmişdisə, 2016-cı ildə bu rəqəm 57 mindən çox olub. 

"Müsəlman turistlərin Azərbaycana marağının artması tələb edir ki, halal standatı tətbiq edək. Burada mehmanxanalarda qiblənin istiqamətinin göstərilməsi, "Quran"ın olması, namaz otaqlarının qurulması, müsəlman məişəti üçün, onların tələblərini ödəyəcək bütün tələblər ortaya qoyulur. Eləcə də onların halal yeməklər yeməsi təmin olunmalıdır". 

Qeyde dək ki, standartlarda müsəlman turistləri cəlb etmək məqsədilə onların halal prinsiplərinə uyğun olaraq, yaşayışının, qidalanmasının və asudə vaxtlarının səmərəli təşkili üçün tələblər öz əksini tapıb. Bu tələblərə uyğun fəaliyyət göstərən mehmanxanalarda alkoqol və donuz əti istifadə olunmur, yalnız halal prinsiplər əsasında hazırlanan yeməklər və şəxsi gigiyena vasitələri istifadəçilərə təqdim edilir. Həmçinin, kişilər və qadınlar üçün ayrıca su hovuzu, Spa xidmətləri göstərilir. 

OXŞAR XƏBƏRLƏR