Azərbaycanlılar Latviyada mənzillər alır

Xəbərlər 6 Iyun 2017 00:00 969
Azərbaycanlılar Latviyada mənzillər alır

Azərbaycan vətəndaşları Latviyada əmlak alışına maraq göstərirlər. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi nəşri olan "Mülkiyyət" qəzetində dərc olunan məqalədə qeyd olunub.

 

Eləcə də bax: Avropada 1000 avrodan başlayan evlər – SİYAHI, QİYMƏTLƏR

 

Bildirilir ki, Azərbaycanlılar Latviyada ən çox Riqa və Yurmala şəhərlərində mənzil alırlar. Latviyada mənzil alan Azərbaycan vətəndaşları mənzili yaşamaq, digərləri biznes məqsədilə - kirayə vermək üçün alırlar.

Qeyd olunur ki, Latviyada 1800 azərbaycanlı yaşayır və onlardan 600 nəfəri artıq bu ölkənin vətəndaşlığını qəbul edib. Elə əmlak alanlar da əsasən Latviya vətəndaşlığı alan həmyerlilərimizdir.

© APA  

OXŞAR XƏBƏRLƏR