Qatarda gediş haqları bahalaşdı - YENİ QƏRAR

Xəbərlər 4 Iyul 2017 16:30 2958
Qatarda gediş haqları bahalaşdı - YENİ QƏRAR

Azərbaycan Dəmir Yolları QSC gediş haqlarını artırıb. 

Seyyah.az qurumun saytına istinadən xəbər  verir ki, sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq, çevik tarif tənzimlənməsini təmin etmək məqsədi ilə, eyni zamanda gediş haqlarının tənzimlənməsi üçün 15.07.2017-ci il tarixindən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə  kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək.

Qeyd edək ki, ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalının tətbiqi qiymətlərin 20% artırılması deməkdir.

Eləcə də bax: Bakıda yaxta turu olacaq – QİYMƏTLƏR

Eləcə də bax: Antalyada istirahət neçəyədir? – QİYMƏTLƏR

OXŞAR XƏBƏRLƏR