Bakıda yaxta turu olacaq – QİYMƏTLƏR

Xəbərlər 4 Iyul 2017 21:39 1319
Bakıda yaxta turu olacaq – QİYMƏTLƏR

Səyahət və macəra həvəskarları üçün Bakıda maraqlı tur təşkil olunacaq. Fly.az-dan verilən məlumata görə, tur  iyulun 9-da 3 müxtəlif vaxtda baş tutacaq. Turlara 09:00 ;12:00 və 15:00 başlanılacaq.  Toplanış yeri Dənizdənarı Milli Parkda Yaxt Klubun qarşısında olacaq. Elə tur da buradan başlayacaq.

Səyahət iştirakçıları müasir yaxta ilə 2 saatlıq dəniz gəzintisinin dadını çıxacaqlar. Yaxta sahildən 500-1000 metr məsafədə uzaqlaşacaq. Tur zamanı əyləncəli oyunlar olacaq. Bundan başqa DJ-in maraqlı ifaları da təşkil olunacaq.

Həmçinin, yaxta qonaqlarına, sendviç, desert, meyvə, meyvə şirələri və sərin sular pulsuz təqdim olunacaq. Turun qiyməti 0-5 yaş uşaqlar üçün pulsuzdur. Böyüklər üçün isə yaxta turu 55 manata başa gələcək.

Qeyd edək ki, 5 yaşdan yuxarı bütün yaş təbəqələri üçün biletin qiyməti dəyişməz olaraq qalır.   

Eləcə də bax: Antalyada istirahət neçəyədir? – QİYMƏTLƏR

Eləcə də bax: Qatarda gediş haqları bahalaşdı - YENİ QƏRAR

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR