Yaxta turu təxirə salındı – AÇIQLAMA

Xəbərlər 5 Iyul 2017 16:42 866
Yaxta turu təxirə salındı – AÇIQLAMA

Fly.az şirkəti  Xəzər dənizində bu həftəsonu keçirilməsi planlaşdırılan  yaxta turunu ləğv edib. Bu barədə şirkətdən mlumat verilib.
Bildirilib ki, buna səbəb ortaya çıxan bəzi problemlər olub: “Yaxta turu digər kurator şirkətlərin öhdəçiliyi ilə reallaşacaqdı. Lakin təşkilati məsələlərdə bəzi problemlərin yaranması səbəbi ilə Fly.az şirkəti olaraq turun ləğv edilməsi istiqamətində qərar qəbul etdik. Hazırda bu turun birbaşa reallaşdırılması yönündə bir sıra danışıqlar və görüşlər keçirtməyi planlaşdırırıq və ümid edirik ki, ən tez müddətdə ölkə turizminin inkişafında yaxta turları da öz yerini tutacaqdır”. 

Eləcə də bax: Avropada istirahət üçün ən ucuz 18 yer – ŞƏHƏRLƏR, QİYMƏTLƏR

Şirkət rəsmiləri Azərbaycanda turizmin sürətli inkişafını nəzərə alaraq, ölkəmizə gələn xarici turistlərin də yaxta turlarına maraq görəcəyini və turizmin potensial sahələrinin daha da genişlənəcəyinə inanır.
Xatırladaq ki, yaxta turu ilə bağlı ilk olaraq Turizm.fins.az məlumat yaymışdı. Bu gün isə “Xəzər Dəniz Gəmişiliyi” QSC  balansında olan yaxtalardan heç birinin sözügedən tur üçün ayrılmadığı barədə açıqlama yayıb. Bildirib ki,  dövlət obyekti olan “Yaxt Klub” ərazisindən yaxta və gəmi gəzintiləri təşkil edilmir.  

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR