Yayda əhalinin üz tutduğu əsas istiqamətlərdən biri Nabrandır.
Havasına görə, qonşu Qabadan, Azərbaycanın cənub və qərb bölgələrindən geri qalsa da, Xəzərin sahilində yerləşməsi və Bakıya yaxınlığı Nabranı populyar istirahət məkanına çevirib.
Eləcə də bax: Bakıdan 29 avroya hara ucmaq olar? - İSTİQAMƏTLƏR, UÇUŞ CƏDVƏLİ
Son illər Nabranda irili-xırdalı çoxlu sayda istirahət mərkəzləri fəaliyyətə başlayıb.
Seyyah.az əhali üçün maraqlı olduğunu nəzərə alaraq Nabrandakı istiraşət mərkəzlərinin qiymətini təqdim edir.
Lotos istirahət mərkəzi

Dənizdən məsafəsi 100m – dir. 1nəfərin 3dəfə qidalanması 40azn – dir. Giriş 20 manat, hovuzdan istifadə isə böyüklər üçün 5azn, uşaqlar üçün 3azn – dir.
1otaqlı 50 azn
2otaqlı 90 azn
3otaqlı 100 azn
Əlaqə: 051/050/ 723 52 52
Green line hotel

Qubanın Muxtadır qəsəbəsində yerləşir. Dənizdən 50m məsafədədir. Eyni zamanda karaoke klub, disco, uşaqlar üçün hovuz, wifi və kondisionerli otaqlar qonaqlara xidmət göstərir.
1 nəfərin oteldə qalib 3 dəfə qidalanması 30 manat-dır.
Əlaqə: 050 378 09 17
Eləcə də bax: Zaqatala-Balakəndə istirahət – QİYMƏT 20 MANATDAN BAŞLAYIR
Malibu istirahət mərkəzi

Dənizdən 4 km məsafəsi olmasına baxmayaraq, istirahət mərkəzi qonaqlara çimərliyə pulsuz transfer xidməti təklif edir. Hovuzdan istifadə böyüklər üçün 5 azn, uşaqlar üçün 2.5azn (4-9 yaşlı uşaqlar üçün)
1otaqli 60azn (səhər yeməyi daxil)110 azn (3dəfə qidalanma daxil)
3otaqlı 120azn(səhəryeməti daxil ) 220azn (3dəfə qidalanma daxil)
Əlaqə: 0702484838
Palma Istirahət Mərkəzi

Dənizdən 500-600m məsafədə yerləşir. Hovuzdan istifadə böyüklər üçün 10 azn, uşaqlar üçün 5 azn(6 yaşa qədər)
1nəfər üçün qiymət : 40azn() səhər yeməyi daxil), 60azn (3dəfə qidalanma daxil)
Əlaqə: 0502504090
Atlant istirahət və əyləncə mərkəzi

Dənizdən 10 dəqiqəlik piyada məsafəsində yerləşir. Hovuzdan istifadə 10azn – dir.
1nəfər 55azn (gecələmə və 3dəfə qidalanma daxil)
6 nəfərlik 3otaqlı kotec qiyməti həftə içi 155 azn, 3dəfə qidalanma daxil isə 330azn, həftə sonu 360 azn (3dəfə qidalanma daxil).
El Faro hotel

El Faro hotel Nabranda Qubadan 48 km məsafədə yerləşir. Bu il hotel «hər şey daxil» prinsipi ilə işləyir. Bu qayda ilə adambaşına qiymət 70 manat (yəni hoteldə qalmaq, 3 dəfə qidalanma və əyləncələr) təşkil edir. Kottecdə
Qalanlar üçün isə adambaşına «hər şey daxil» qiymət 80 manatdır. Həftəsonu qiymətlər adambaşına 5 manat artır. Yəni adambaşına 75 manat (binadakı otaqlarda qalanlar üçün) və 85 manat (kottecdə qalanlar üçün) təşkil edir. Dənizdən və başqa əyləncələrlə yanaşı, hoteldə velosiped kirayələmək də mümkündür.
Caspian Sea Resort

Nabranın tanınmış otellərindən olan Caspian Sea Resort da «hər şey daxil» prinsipinə keçib. Oteldə həftə içi iki nəfərin bir gün qalması və 3 dəfə qidalanma (İsveç masası) 119 manata başa gəlir. Həftə sonu isə qiymət 144 manata yüksəlir.
Eləcə də bax: Zaqatala-Balakəndə istirahət – QİYMƏT 20 MANATDAN BAŞLAYIR