“Buta Airways” aşağı büdcəli aviaşirkətinin rəsmi saytında qış uçuş cədvəli üzrə (oktyabrın 29-dan martın 29-dək) aviabiletlər satışa buraxılıb. Şirkətdən seyyah.az-a verilən məlumata görə, qış uçuş cədvəli üzrə Bakıdan İstanbula (“Sabiha Gökçən” hava limanı) və Sankt-Peterburqa, həmçinin Gəncədən Moskvaya ("Vnukovo" hava limanı) olan reyslərə aviabiletlərin satışına başlanılmışdır.
Aktual uçuş cədvəli ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:
https://www.butaairways.az/az/flight-schedule
Qeyd edək ki, aviaşirkət sentyabrın 1-dən Bakıdan Moskva ("Vnukovo" hava limanı), Kiyev (“Julyanı” hava limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək.
Bütün istiqamətlər üzrə minimal tarif cəmi 29 avro (bir tərəfə) təşkil edir. Lou-kost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək. Tariflər barədə ümumi məlumat "Tariflər və xidmətlər" səhifəsində təqdim olunmuşdur.
Minimal tarif ilə alınan aviabiletlər qaytarıla və ya dəyişdirilə bilməz. Aviabiletlərin qaytarılması və dəyişdirilməsi şərtləri ilə daha ətraflı “Biletlərinin qaytarılması və dəyişdirilməsi” səhifəsində tanış ola bilərsiniz.
Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz olaraq təqdim olunacaq. İsti yeməyi aviabiletin alınması prosesi zamanı öncədən sifariş etmək mümkün olacaq. Menyu ilə “Təyyarədə qidalanma” səhifəsində tanış ola bilərsiniz. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkün olacaq.
Eləcə də bax: «Əlavə 1 kiloqram ikinci yük sayılacaq» - «BUTA»DA BAQAJ QİYMƏTLƏRİ