Rusiyanın daha dörd şəhərindən Bakıya uçuşlar - Bərpa Olunur

Rusiyanın daha dörd şəhərindən Bakıya uçuşlar - Bərpa Olunur
Xəbərlər 16 May 2021 19:14 393
Rusiyanın daha dörd şəhərindən Bakıya uçuşlar - Bərpa Olunur

Rusiyanın "Nordwind" aviaşirkəti mayın 19-dan etibarən Nijni Novqorod və Kazan şəhərlərindən Bakıya uçuşlar həyata keçirməyə başlayacaq

Seyyah.az bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, Nijni Novqoroddan uçuşlar cümə axşamları, Kazandan isə çərşənbə günləri baş tutacaq. Mayın 31-dən başlayaraq Kazan reysləri bazar ertəsinə keçiriləcək.

Bundan başqa, "Nordwind" mayın 20-dən Rostovdan Bakıya uçuşlara başlayacaq. Bu uçuşlar da həftədə bir dəfə çərşənbə günləri iyun ayından isə ba zar ertəsi həyata keçiriləcək.

Eləcə də bax,Əbu-Dabi bu tarixdən xarici qonaqlar üçün karantini - Ləğv Edir

Xatırladaq ki, ötən gün "Nordwind" mayın 18-dən Sankt-Peterburq şəhərindən Azərbaycanın paytaxtına birbaşa uçuşlara başlayacağını elan etmişdi.

Mənbə: Trend

OXŞAR XƏBƏRLƏR