Əbu-Dabi bu tarixdən xarici qonaqlar üçün karantini - Ləğv Edir

Əbu-Dabi bu tarixdən xarici qonaqlar üçün karantini - Ləğv Edir
Xəbərlər 16 May 2021 19:16 383
Əbu-Dabi bu tarixdən xarici qonaqlar üçün karantini - Ləğv Edir

Əbu-Dabi iyulun 1-dən etibarən xaricdən gələn bütün qonaqlar üçün karantini ləğv edəcək.

Seyyah.az xəbər verir ki, bu barədə Əbu-Dabi Mədəniyyət və Turizm İdarəsinin turizm və marketinq üzrə icraçı direktoru Əli Əl Şəybə bildirib.

“Bu, Dubay sisteminə bənzəyəcək: PZR (polimeraz zəncir reaksiyası) protokolunun tətbiqi yüksək riskli bölgələrdən aşağı riskli bölgələrə görə fərqlənəcək. Karantin variantı olmayacaq”, – Əl Şəybə deyib.

Eləcə də bax, Qarabağın turizm potensialının beynəlxalq səviyyədə tanıdılmasına - Başlanıb

Əbu-Dabi hazırda “yaşıl siyahı”da olmayan ölkələrdən gələn səyahətçilərin 10 gün karantində qalmasını tələb edir.

“Biz genişlənmiş “yaşıl siyahı” elan edəcəyik – bu “yaşıl siyahı” istifadə etdiyimiz bazarların əksəriyyətini əhatə edəcək. Ümid edirəm ki, iyulun 1-dən hər kəsin Əbu-Dabiyə gəlməsinə icazə veriləcək”, – Əl Şəybə deyib.

Mənbə: Report

OXŞAR XƏBƏRLƏR