Quba-Qusarda kənd evlərinin – QİYMƏTLƏRİ

Xəbərlər 3 Aprel 2017 00:00 3108
Quba-Qusarda kənd evlərinin – QİYMƏTLƏRİ

Azərbaycanda bölgələrdə dəbdəbəli hotellərlə yanaşı ucuz kənd evlərinə də rast gəlmək olar. Yerli sakinlərə məxsus həmin evlərin qiymətləri də  bölgədən və yerindən asılı olaraq dəyişir.

Seyyah.az  Quba Turizm İnformasiya Mərkəzinə istinadən Quba-Qusarda yerləşən kənd evlərinin qiymətlərini təqdim edir.

Xınalıq

Xınalıq kəndində qonaqların ixtiyarına 3-4 ev verilir. Evlərin əksəriyyəti 1 və 2 mərtəbəlidir.  Evlər 2-3 otaqlıdır. Burada qonaqlara yalnız evlərin bir otağı təklif olunur. Bu otaqlarda 1 gün qalmaq 20-30 manat arasında dəyişir.

Qeyd edək ki, bu qiymətə gündə 3 dəfə qidalanma da daxildir. Məlumat üçün bildirək ki, vanna otaqları ümumidir.

Eləcə də bax,Kənd evi-Quba rayonu, Xınalıq kəndi

 

Qəçrəş

Qubada Qəçrəşdə də evlər qonaqların ixtiyarına verilir. Burada evlərin 1 otağının qiyməti 30-50 manatdır.

Qeyd edək ki, bu qiymətə yemək daxil deyil. Adıçəkilən ərazidə yerləşən villaların bir günlük kirayə qiymətləri isə 70-200 manat arasında dəyişir. Bu qiymətə yemək də daxildir.

Eləcə də bax,Kənd evi-38-Quba r-nu Qəçrəş kəndi

 

Ləzə

Ləzə kəndində yerləşən evlərdə 1 gün qonaqlamanın qiyməti 30-50 manat arasında dəyişir. Bu qiymətə səhər yeməyi daxildir. Amma əlavə 10 manat ödəməklə gündə 3 dəfə də yemək əldə etmək olar.

Həmçinin Qusarın Çiləgir və Balaqusar kəndlərində də kənd evləri var.  Bundan başqa Qusarda dəbdəbəni sevənlər üçün ayrıca villalar da kirayəyə verilir. Villaların qiyməti isə 70-150 manat arasında dəyişir.

Eləcə də bax,Kənd evi-170 Qusar şəhəri

 

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR